EN

Azərbaycanlı müğənni toyda 3 ailə üzvünün ölüm xəbərini alıb

Müğənni Nazənin Salayeva qardaşı Pərvizin ölüm xəbərinin ondan 1 gün gizlədildiyini bildirib.

Publika.az titul.az-a istinadən xəbər verir ki, o, bu barədə ARB-də verilişdə qonaq olarkən danışıb.

Nazənin həmin günü toyda olduğu üçün həyat yoldaşı müğənninin prodüseri ilə əlaqə saxlayaraq bununla bağlı ona bir kəlimə də deməməyi tapşırıb.

Müğənni həyatında növbəti ağır günlərini də toyda olarkən yaşadığını bildirib. N.Salayeva eyni şadlıq sarayında, lakin fərqli zamanlarda toy ifa edərkən ata-anasının ölüm xəbərini aldığını bildirib.

Chosen
2
8
publika.az

10Sources