EN

Gün ərzində neçə saat YATMALIYIQ?

Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Vladimir Martınov “RIA Novosti”yə müsahibəsində danışıb.

Mütəxəssis qeyd edib ki, böyük insanın kifayət qədər yuxu alması üçün yeddi-doqquz saat tələb olunur. İstisna hallarda insanlar altı saat ərzində kifayət qədər yuxu ala bilirlər.

“Bəzi insanlar altı saat ərzində zəruri qədər yatmağı bacarırlar ki, bu da istisna haldır”, – deyə V.Martınov bildirib.

Nevroloq xəbərdarlıq edib ki, xroniki yuxu çatışmazlığı diqqətin konsentrasiyası, həddindən artıq yorğunluq və immunitet sisteminin pisləşməsi ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.

Chosen
19
8
konkret.az

10Sources