EN

Tramp ABŞ-nin daxili işlər naziri vəzifəsinə namizədini açıqlayıb

Tramp Şimali Dakota qubernatoru Duq Burqumu Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin edəcək...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Şimali Dakota ştatının qubernatoru Duq Burqumun Birləşmiş Ştatların daxili işlər naziri vəzifəsinə namizədi olacağını açıqlayıb.

Poliqon NBC News telekanalına istinadən xəbər verir ki, Tramp müvafiq bəyanatla Floridadakı “Mar-a-Laqo” malikanəsində çıxış edib.

“O, Şimali Dakotadandır. Onun çox mühüm vəzifəyə təyinatı sabah açıqlanacaq”, deyə seçilmiş prezident bəyan edib.

Bir neçə dəqiqə sonra isə Tramp Burgumun “Daxili İşlər Departamentinə rəhbərlik edəcəyini və bunun əla olacağını” açıqlayıb.

Burgum Cey Di Vensdən əvvəl vitse prezident postuna əsas namizəd olaraq görünürdü və Tramp kampaniyasının aparıcı üzvü idi.

Qeyd edək ki, həmçinin Tramp Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürüb.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources