EN

Karbon emissiyaları 2024-cü ildə rekord səviyyəyə çatıb

Yazını böyüt
Yazını kiçilt

2023-cü ildə 40,6 milyard ton olan tullantıların miqdarı 2024-cü ilin 10 ayında artaraq 41,6 milyard tona çatıb.

Hafta.az-ın Qlobal Karbon Büdcə Hesabatı-na istinadən yazdığına görə, qalıq yanacaqlardan emissiyalar 2023-cü illə müqayisədə 0,8 faiz artaraq 37,4 milyard tona çatıb.

O cümlədən, torpaqdan istifadə nəticəsində emissiyalar 13,5 faiz artaraq 4,2 milyard ton olub.

Çin 0,2 faiz emissiyalarda cüzi artım görür. Hindistanda isə iqtisadi artım hesabına emissiyaların 4,6 faiz artacağı gözlənilir.

Avropa İttifaqı ölkələri emissiyaları 2023-cü ilə nisbətən 3,8 faiz, ABŞ isə ötən ilə nisbətən 0,6 faiz azaldıb.

Chosen
23
hafta.az

1Sources