EN

COP-un Azərbaycanda keçirilməsi region üçün böyük töhfədir- ÖZƏL

"COP-un Azərbaycanda keçirilməsi şübhəsiz ki, ölkəmiz və region üçün çox böyük töhfədir. Bu gün onlarca ölkənin hökumət və dövlət rəhbərləri Bakıdadır. Bu, şübhəsiz ki, ölkəmizin çox böyük uğurudur. 30-40 il bundan öncə kim təsəvvür edə bilərdi ki, Bakı bu qədər böyük bir tədbirə evsahibliyi edəcək? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan xalqı xarici qonaqları yüksək səviyyədə qəbul edir".

Bu fikirləri siyasi şərhço Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycana gələn xarici qonaqların fikirlərinə baxdığımızda, onların hamısı tədbirin təşkilini yüksək qiymətləndirir və COP29-un çox mühüm bir tədbir olduğunu, Azərbaycanın bu tədbirə layiqli şəkildə hazırlandığını vurğulayırlar. COP dünyada iqlim balansının pozulmasına, Prezidentin də çıxışında qeyd etdiyi kimi xüsusən Fransanın və digər Qərb ölkələrinin kolonialist siyasəti ucbatından okean adalarında təbiətin harmoniyasınln pozulmasına qarşı ölkələrin ən yüksək səviyyədə çıxış etdiyi bir platformadır. Həm də bu məsələnin bütün yönlərinə diqqətli şəkildə toxunulur. Digər tərəfdən Azərbaycana onlarca şirkət, investorlar və digər iqtisadi platformalar gəlib. Şübhəsiz ki, onlar günü-gündən inkişah edən paytaxtımızı, çiçəklənən iqtisadiyyatımızı, Azərbaycanın nə qədər böyük biznes potensialına sahib olduğunu görürlər. Bu da ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına çox pozitiv yansıyacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources