EN

“Audi”ninBrüsseldəki zavodu ilə bağlı son ümid də puç oldu

 

Audi şirkətinin Belçikanın paytaxtı Brüsseldəki zavodu üçün yeni sahibkarın axtarışı dayandırılıb. 

Avtosfer.az xəbər verir ki, “Audi Brussels”in rəhbərliyi zavod üçün yeni himayədar axtarışını dayandırdığını elan edib. bu da fevralda zavodun bağlanacağı və 3000 nəfərin iş yerini itirəcəyi deməkdir. Həmkarlar təşkilatları bu təqdirdə bir nəfərin belə iş yerini qorumağın mümkün olmadığını bildirir.

Zavodun boşaldılmış ərazisinin taleyi necə olacaq sualı da açıq qalır. Hökumətdəki mənbələr buranın metallurgiya müəssisələrinə verilə biləcəyini istisna etmirlər. Lakin zavodun başqa tip istehsala uyğunlaşdırılmasına 10 il tələb olunur. Bu da hazırki işçilərin heç birinin həmin zavodda iş tapa bilməyəcəyi anlamına gəlir.

Vüqar Yaşaroğlu

Chosen
15
avtosfer.az

1Sources