EN

COP29 çərçivəsində Mərkəzi Asiya üçün enerji keçidinə dair investisiya forumu keçirilib

COP29 Enerji, Sülh, Yardım və Bərpa Günü çərçivəsində Mərkəzi Asiya üçün Enerji Keçidinə dair COP29 İnvestisiya Forumu keçirilib.

Olaylar xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.

"Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından və enerji keçidi üçün zəruri olan kritik minerallardan istifadə məqsədilə mühüm layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin icrasında əməkdaşlığa böyük əhəmiyyət verir. Bu kontekstdə biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzrə strateji təşəbbüsə dair əməkdaşlığa start vermişik. Bu təşəbbüs ölkələrimizin yaşıl enerji keçidində rolunu gücləndirmək və enerji təhlükəsizliyini möhkəmləndirmək məqsədi daşıyır. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır", - deyə nazir vurğulayıb.

O, əlavə edib ki, COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək.

"Eyni zamanda IRENA Mərkəzi Asiyada bərpa olunan enerji üzrə Tərəfdaşlığın sürətləndirilməsi təşəbbüsünü həyata keçirir. Bu təşəbbüs regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmağa yönəlib. Əminik ki, əsas maneələri aradan qaldıraraq və regional əməkdaşlığı gücləndirərək, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasında, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qlobal iqlim məqsədlərinin yerinə yetirilməsində mühüm dəstək olacaq. Ümid edirik ki, bu forum və COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək, investorların və enerji şirkətlərinin marağını cəlb edəcək və birgə layihələrimizin həyata keçirilməsini sürətləndirəcək nəticələrə gətirib çıxaracaq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

COP29

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
50
olaylar.az

10Sources