EN

AİB Azərbaycan, Özbəkistan və Qazaxıstanın "yaşıl dəhliz" layihəsinə dəstək məqsədilə qrant ayıracaq - Pərviz Şahbazov

Bakı. Trend:

Mən Asiya İnkişaf Bankına (AİB) "yaşıl dəhliz" layihəsinə dairməsləhət xidmətlərinin, o cümlədən texniki-iqtisadi əsaslandırmanınhazırlanması və birgə müəssisənin yaradılmasına dəstək məqsədilə225 min ABŞ dolları məbləğində qrant ayırmaq qərarına görətəşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı deyib.

“Cəmi iki gün əvvəl COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsisahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişyüksək səviyyədə imzalanıb”, – deyə o bildirib.

Nazir əlavə edib ki, həmçinin Səudiyyə Ərəbistanının buüçtərəfli layihədə əsas tərəfdaş rolunu təsdiqləyən sənəd dəimzalanıb. Bu hadisə beynəlxalq enerji əməkdaşlığına və ətrafmühitə yönəlmiş investisiyalara mühüm strateji təkan verərəkregionu vahid geo-iqtisadi məkana çevirmək üçün ölkələr arasındastrateji tərəfdaşlıqların yaradılmasına və möhkəmləndirilməsinəyönəlmiş əhəmiyyətli addımdır.

“Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinəböyük önəm verilir. Bu saziş Azərbaycan ilə Qazaxıstan vəÖzbəkistan da daxil olmaqla, Mərkəzi Asiya ölkələri arasındaqardaşlıq, dostluq və strateji əlaqələri əks etdirərək, “yaşıl”enerji dəhlizinin yaradılması, regionda inteqrasiya olunmuşelektrik bazarlarının inkişafı və bərpa olunan enerjinin digərbölgələrə ixracına şərait yaradır”, – deyə Pərviz Şahbazovvurğulayıb.

Onun sözlərinə görə, milli enerji şirkətləri tərəfindənsəhmdarlar müqaviləsinin imzalanması və birgə müəssisəninyaradılması layihənin uğurlu həyata keçirilməsi üçün əsasmərhələlərdən olacaq. Hazırda birgə müəssisə yaradıldıqdan sonraAzərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinininteqrasiyasının texniki-iqtisadi əsaslandırması üzərində işəbaşlanması planlaşdırılır. Layihəyə CESI konsaltinq şirkəti cəlbedilib.

“Eyni zamanda qeyd etmək istəyirəm ki, bu layihə əslində yalnızAzərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Genişhidroresurslara malik Qırğızıstan və Tacikistan da gələcəkdə bulayihəyə qoşula bilər və onların hidroresursları dəyişkən bərpaolunan enerji mənbələrinin balanslaşdırılmasında istifadə edilərək,bu layihəyə dəyər qatacaqdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
12
1
az.trend.az

2Sources