EN

Mask iranlı diplomatla gizli görüş keçirdi

İlon Mask İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə görüşüb və onunla Tehran və Vaşinqton arasında gərginliyin azaldılması yollarını müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” adı açıqlanmayan iki İran rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, İlon Maskın istəyi ilə baş tutan bu görüş bir saatdan çox davam edib və İrəvaninin seçdiyi gizli bir yerdə keçirilib.

Nəşrə məlumat verən mənbələr Mask və İrəvani arasında keçirilən görüşü müsbət və xoş xəbər kimi qiymətləndiriblər.

Mask nəşrin gizli görüşlə bağlı suallarını cavablandırmaqdan imtina edib.

Chosen
12
1
axar.az

2Sources