EN

Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib

Rusiyanın baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Səfər çərçivəsində İ.Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qurumdan bildirilib ki, bu il iqlim sammitində hüquq-mühafizə ictimaiyyətinin iştirakı Azərbaycan Baş Prokurorluğu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə üzrə İdarəsi tərəfindən və BƏƏ Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə təşkil edilib.

Heyətin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.

Chosen
6
11
ikisahil.az

10Sources