EN

İqlim elminin “yaşıl” hədəfləri

COP29 çərçivəsində dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsrue Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru, professor Salvatore Ariko və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru Alik İsmayılzadə çıxış edərək konfransın əsas məqsəd və vəzifələrini diqqətə çatdırıb, müzakirələrdən sonra gözlənilən nəticələr barədə ətraflı söhbət açıblar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək COP29-un elmi əhəmiyyətindən, əsas gözləntilərdən biri kimi müasir reallıqları özündə əks etdirəcək yeni çağırışların meydana çıxacağına əminliyini ifadə edərək bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 cəmiyyətin bütün sahələrində, o cümlədən elmdə yeni təfəkkür və yeni sivilizasiya yaradır. Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır.

XQ

Chosen
20
2
xalqqazeti.az

4Sources