EN

Kənan Nəcəfov: “SOCAR Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verir”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaşıl İnkişaf Portalı konsepsiyasına dəstək verir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse prezident Kənan Nəcəfov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Qlobal enerji keçidinin təmin edilməsi iqtisadi rifaha necə yeni yollar təklif edə bilər?" tədbirində deyib.

"2030-cu ilə qədər bütün əməliyyat aktivlərinin paylaşılması və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq ictimaiyyətə çatdırdığımız bir çox hədəflərdən biridir. Bəs bu hədəflərə necə çatmağı planlaşdırırıq? Bu, üç sütun vasitəsilə həyata keçirilir" - o vurğulayıb.

Onun sözlərinə görə, birincisi, əsas biznesin - neft və təbii qaz sahəsinin dekarbonizasiyasıdır: “Ənənəvi bizneslər dekarbonizasiya edilməlidir və biz bunu yüksək texnologiyadan istifadə edərək həyata keçiririk. İkincisi, təşkilati transformasiya, dekarbonizasiya və bərpa olunan enerji təfəkkürünü qəbul etməkdir. Üçüncüsü isə aşağı karbonlu bizneslərdir. Biz tərəfdaşlarımızla külək, günəş, mümkün hidrogen və digər aşağı karbonlu enerji bizneslərini yaratmaq üçün əməkdaşlıq edirik".

K.Nəcəfov qeyd edib ki, bu mənada SOCAR Yaşıl İnkişaf Portalı konsepsiyasına uyğun olaraq, fəal, gəlirli və maliyyə cəhətdən dayanıqlı qalmağı hədəfləyir: "Bu, çox yaxşı balans olardı. SOCAR adından Yaşıl İnkişaf Portalına dəstəyimizi və həvəsimizi bir daha təsdiq edirəm".

Chosen
3
3
far.az

4Sources