EN

Mayk Tayson özündən 31 yaş kiçik boksçu ilə döyüşəcək

Əfsanəvi boksçu Mayk Tayson uzun müddət sonra rinqə çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, o, 27 yaşlı Ceyk Polla üz-üzə gələcək. Bu döyüş Texas ştatının Arlinqton şəhərindəki “AT&T Stadionunda” keçiriləcək. 

Hazırda qarşılaşma üçün 80 min bilet satılıb. Mayk Tayson bu döyüşdən ən azı 20 milyon dollar qazanacaq. O, qalib gələrsə, gəliri 40 milyon dollara qədər qalxa bilər. 
Ceyk Poll da döyüşdən 40 milyon dollar əldə edəcək. 

Xatırladaq ki, Mayks Taysonun 58 yaşı var və o, rəqibindən 31 yaş böyükdür. 

Ceyk Poll ilə bağlı fakt odur ki, o, təkcə boksçu kimi məşhurlaşmayıb, bloqer və aktyor kimi də tanınır. 

Bu gecə baş tutacaq döyüşdən öncə tərəflərin çəki mərasimi olub. C.Poll Mayk Taysona meydan oxuyub. O, Taysonu məğlub edərək tarixə düşəcəyini deyib: “Mən bu görüşdən tarixi qələbə ilə ayrılacam”. 

Chosen
7
4
qafqazinfo.az

5Sources