Məlum olduğu kimi, bu gündən 2024-2025-ci illər payız-qış mövsümü ilə əlaqədar Azərbaycanda mərkəzləşdirilmiş istilik sistemi işə salınır, istilik təchizatı obyektlərinin, o cümlədən qazanxanaların istiliklə təminatına başlanılır.
“Azəristiliktəchizat” ASC-dən Moderator.az-a verilən məlumata görə, artıq prosesə başlanılıb: “Bütün qazanxanalar və istilik məntəqələri işə salınıb. “Azəristiliktəchizat” ASC-nin balansında olan bütün yaşayış və qeyri-yaşayış binaları istiliklə təmin olunacaq. Heç bir problem və yubanma yoxdur”.
Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.