İspaniyanın Saraqosa əyalətində (Araqon muxtar icması) qocalar evində baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın yerli vaxtla təxminən 05:00-da baş verib.
Binada 82 nəfər olub. Xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.