EN

"Vizyondan reallığa: Bərpaolunan enerji sahəsində regional və qlobal təsir" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada "Vizyondan reallığa: Bərpaolunan enerji sahəsində regional və qlobal təsir" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə "Nobel Energy" şirkətinin bərpaolunan enerji vizyonunu necə reallığa çevirdiyi müzakirə edilib.
Spikerlər tədbirdə çıxış edərək Azərbaycanda hazırda planlaşdırılan bərpaolunan enerji layihələri və onların daha geniş dayanıqlılıq məqsədlərinə necə uyğunlaşdığından danışıblar.
Bundan əlavə, "Nobel Energy"nin bir sıra innovativ günəş, külək, hidrogen və karbon tutulması layihələrini özündə əks etdirən, həm regional, həm də beynəlxalq əməliyyatları əhatə edən bərpaolunan enerji portfeli nümayiş olunub.
Xanım Aydın
Chosen
23
50
oxu.az

10Sources