EN

Bakının çağırışı iqlim problemlərinin həllinə yönəlib - NAZİR

Sülh, xilasetmə və bərpa naminə Bakının iqlim fəaliyyətinə çağırışı qlobal öhdəlikləri təsdiqləyir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında çıxışında deyib.

Nazirin sözlərinə görə, ölkəmiz su çatışmazlığı, ərzaq təhlükəsizliyi riskləri, torpaqların deqradasiyası, həmçinin iqlim dəyişikliyi səbəbindən əhalinin yerdəyişməsi kimi kritik problemlərin həllinə yönəlmiş tövsiyələr təklif edir.

"Ölkəmiz ən həssas əhali qruplarının adekvat şəkildə maliyyələşdirilməsinə, torpaq və su resurslarının dayanıqlı idarə edilməsinə, dayanıqlı ərzaq sistemlərinə və münaqişə şəraitində uyğunlaşma strategiyalarına dəstək verir.

Bakının çağırışı müxtəlif maraqlı tərəfləri ümumi baxışda birləşdirən fəaliyyət üçün təməl rolunu oynayır", - C.Bayramov qeyd edib.

Chosen
8
8
sia.az

9Sources