EN

Mərkəzi Asiya qlobal enerji keçidi üçün böyük və istifadə edilməmiş potensiala malikdir - Sanhun Li

Bakı. Trend:

Mərkəzi Asiya qlobal enerji keçidinə əhəmiyyətli töhfə verəbiləcək böyük və istifadə edilməmiş bərpa olunan enerjipotensialına malikdir.

Trend xəbər verir ki, bunuKoreya Enerji Agentliyinin prezidenti Sanhun Li Mərkəzi Asiyadaenerji keçidinə investisiya və maliyyə cəlb etmək üçün regionaləməkdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli panelmüzakirə zamanı deyib.

“Keçən il bərpa olunan enerji mənbələrinin qlobal gücündə2022-ci illə müqayisədə 50 faizlik artım müşahidə etdik. Bununlabelə, bu artım əsasən inkişaf etmiş ölkələr və Çində cəmləşmişdi.Mərkəzi Asiya tamamlayıcı enerji resurslarının unikal dəstinəmalikdir ki, bu da bərpa olunan enerji sahəsində transsərhədəməkdaşlığın üstünlüklərindən səmərəli istifadə etməyə və iştirakçıölkələr üçün çoxşaxəli faydalar gətirməyə imkan yaradır”, - deyə obildirib.

O, enerji resurslarının sərhədlərdən kənarda istifadəsinioptimallaşdıraraq və istehlakçı bazasını genişləndirərək ölkələrindaha çox qənaət əldə etməsinə imkan verən transsərhəd enerjiticarətinə diqqət çəkib. Bundan əlavə, iri miqyaslı transsərhədlayihələr infrastrukturun inkişafı üçün maliyyə resursları təqdimedən beynəlxalq investorları cəlb edir. Belə layihələrin idarəolunması və yeni texnologiyaların tətbiqi iş yerlərininyaradılmasına və yerli iqtisadiyyatın stimullaşdırılmasına səbəbolur.

“İkincisi, qarşılıqlı əlaqəli və daha geniş coğrafi ərazilərçərçivəsində inteqrasiya, daha diversifikasiya olunmuş enerjibalansını və bərpa olunan enerji mənbələrindən daha sabit enerjitəchizatını təmin edir. Bərpa olunan enerji ticarəti karbonemissiyalarının azalmasına kömək edərək hər bir ölkənin iqlimöhdəliklərini dəstəkləyir”, - deyə o vurğulayıb.

O əlavə edib ki, enerji təhlükəsizliyi baxımından qarşılıqlıəlaqəli enerji sistemləri daha diversifikasiya olunmuş və dayanıqlıenerji təchizatı təklif edir. Külək, günəş və hidroenerji kimibərpa olunan enerji mənbələri üzrə sərhədlərarası ticarət birmənbədən və ya regiondan asılılığı azaltmağa imkan verir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
2
az.trend.az

1Sources