EN

Nazir: Azərbaycan qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətindədir

Nazir:

“Yaşıl enerji dəhlizləri, bərpa olunan enerjinin geniş miqyasda ötürülməsi və istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerji mənbələrinin istifadəsi üçün effektiv vasitədir”.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “Yaşıl Enerji, Hidrogen və Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masa”da energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerji təşəbbüsü, COP28-in bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir. Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl Enerji Vədi”dir.

O bildirib ki, yaşıl enerji dəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğun tənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalının artırılması əsas prioritetlərdir.

“Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Bu dəhlizlər, Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahib olmaq niyyətini əks etdirir” - nazir əlavə edib.

Chosen
7
1
xalqcebhesi.az

2Sources