EN

COP29: SPECA İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşü keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşü təşkil olunub.

Fins.az xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, SPECA-nın region üçün əhəmiyyətini vurğulayaraq, bu platformanın iştirakçı ölkələrdə iqtisadi inkişafı, ekoloji dayanıqlığı və innovasiyaları təşviq etdiyini bildirib. Cabbarov, SPECA-nın dəstəyi ilə ölkələrin iqtisadiyyatlarını gücləndirdiyini və iqlim dəyişikliyi ilə mübarizə mövzusunda daha dayanıqlı gələcək qurduqlarını qeyd edib.

Nazirlər görüşündə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana və BMNT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan da çıxış edərək iqlim dəyişikliyi və dayanıqlı inkişaf üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün sonunda, SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb və dialoq vasitəsilə aşağı karbonlu iqtisadiyyatlara keçid, yaşıl inkişaf və innovativ həllərin tətbiqinin gücləndirilməsi istiqamətində daha çox addım atılacağı bildirilib.

 

Zemfira Ms
Fins.az

 

Chosen
25
fins.az

1Sources