EN

İqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid edirik - Ceyhun Bayramov

 

İqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacağına ümid edirik.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, bu il keçirilən COP29-un əsas mövzusu iqlim maliyyələşməsidir:

“Bununla bağlı COP29-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hazırda davam edir”.

C.Bayramov deyib ki, COP29-un son dəqiqələrinə qədər bu mövzuda müzakirələr davam edəcək:

“Hesab edirəm ki, Bakıda keçirilən COP29-da çox böyük uğurların şahidi olmuşuq. Bunların sırasında COP29-un proqramının tədbirin ilk günündə ölkələr arasında razılaşdırılması və konsensusun əldə olunub elan edilməsidir. Qeyd edim ki, proqramın təsdiq edilməsi belə konfranslarda günlərlə davam edirdi. Bu məsələnin önəmi ondan ibarətdir ki, gündəliklə bağlı tam konsensus əldə edilməyincə digər məsələlərin müzakirəsinə keçmək mümkün deyil”, - nazir deyib.

Chosen
27
9
missiya.az

10Sources