“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bazar ertəsi, noyabrın 11-də İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə görüşüb. Bu barədə “The New York Times” məlumat yayıb.
NYT-nin məlumatına görə, görüş gizli yerdə baş tutub və bir saatdan çox davam edib. Nəşrin həmsöhbətləri bildiriblər ki, İran və ABŞ arasında gərginliyin aradan qaldırılması məsələsi müzakirə olunub.
NYT mənbələrindən biri iddia edir ki, görüşün keçirilməsi barədə təklifi İlon Musk irəli sürüb, yeri İran səfiri seçib. İran Xarici İşlər Nazirliyinin rəsmisi iddia edir ki, görüşdə səfir İrəvani Maska deyib ki, o, İrana qarşı sanksiyaları aradan qaldırılmasında dəstək olmalı və biznesinin bir hissəsini Tehrana köçürməlidir.
Trampın kommunikasiyalar üzrə direktoru Stiven Çunq “baş vtutan və ya baş tutmayan şəxsi görüşlər haqqında hesabatları” şərh etməkdən imtina edib. Mask həmçinin görüşdə iştirakını şərh etməyib.
İranın BMT-dəki missiyası görüşlə bağlı şərh verməyəcəyini bildirib.