EN

COP29: Tacikistanın Yaşıl Enerji Strategiyası açıqlanıb

Tacikistanın energetika və su resursları naziri Daler Cuma, COP29 çərçivəsindəki Mərkəzi Asiya üzrə enerji keçidi forumunda ölkəsinin enerji istehsalını artırmaq üçün əhəmiyyətli planlar açıqlayıb.

Fins.az, Nazirin açıqlamasına istinadən xəbər verir ki, Tacikistan 2030-cu ilə qədər hidroelektrik enerjisinin gücünü 6 gigavatdan 10 gigavata yüksəltməyi hədəfləyir. Eyni zamanda, enerjinin 10 faizi günəş və külək enerjisindən təmin ediləcək. Bunun üçün ölkə yaxın 24 ay ərzində 1500 meqavat gücündə yeni günəş və külək elektrik stansiyalarının tikintisinə başlayacaq.

Daler Cuma, Tacikistanın 2032-ci ilədək tamamilə "yaşıl" enerji istifadəsinə keçməyi planlaşdırdığını və hal-hazırda bu sahədə 98 faizlik nailiyyət əldə edildiyini qeyd edib. Ayrıca, 2037-ci ilə qədər ölkə iqtisadiyyatının da tamamilə "yaşıl" olacağı vurğulanıb. Bu addımlar, Tacikistanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynamağa davam edəcəyini göstərir.
 

Zemfira Ms
Fins.az

  

Chosen
11
fins.az

1Sources