Olaylar xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, konvensiyaya üzv olan 198 tərəf var.
"Bir-iki istisnanı çıxmaq şərti ilə, 198 tərəfdən, demək olar, hamısının nümayəndə heyəti Bakıdadır. Onlar hazırda bu mövzu ilə məşğul olurlar.
Bu və ya digər liderin iştirak edib-etməməsinə gəlincə, Azərbaycan olaraq, bizim qapımız hər kəsin üzünə açıqdır. Biz onların hər birini konfransda görməkdən məmnun olardıq. Biz ancaq konfransın uğuruna köklənməliyik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31