Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda keçirilən Fransa - İsrail matçında azarkeşlər arasında dava düşüb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, tribunalarda Fələstinə dəstək xarakterli şüarlar səsləndirən yerli tərəfdarlar İsrailin himnini fitə basdıqları üçün vəziyyət gərginləşib.
Mənbə insidentdə təxminən 50 azarkeş iştirak etdiyini vurğulayıb.
Xatırladaq ki, futbolsevərlərin çoxu bu qarşılaşmanı boykot etdikləri üçün 0:0 hesabı ilə yekunlaşan oyunu tribunalardan 20 min civarında azarkeş izləyib.
Nihat