EN

Rəsmi Moskvadan HAMAS-a çağırış - DƏRHAL...

Rusiya Qəzza zolağında HAMAS tərəfindən saxlanılan rusiyalılar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsinə çağırıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

    “Bu gün yüzdən çox insan əsirlikdədir. Biz o mövqedən çıxış edirik ki, günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanmasına heç bir şəkildə haqq qazandırıla bilinməz. Biz fələstinli dəstələrin əlində olan bütün mülki şəxslərin, ilk növbədə, soydaşlarımız Trufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırışımızı təkrar edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

    Zaxarova, həmçinin qeyd edib ki, girovların azad edilməsi mövzusu Rusiya tərəfinin HAMAS və digər Fələstin təşkilatlarının siyasi qanadının nümayəndələri ilə təmaslarında prioritetdir. Onun sözlərinə görə, bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş, o cümlədən Rusiyanın Yaxın Şərq ölkələrindəki səfirliklərinin kanalları vasitəsilə davam etdiriləcək.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HAMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsindən və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HAMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülən vətəndaşlarının hamısını azad etmək məqsədi ilə anklavda əməliyyata başlayıb. Sentyabrın 23-də İsrail Livanın cənubundakı sərhəd bölgələrində şiə Hizbullah qruplaşmasına qarşı “Şimalın Oxları” əməliyyatına başlayıb.

    Chosen
    1
    10
    bakivaxti.az

    10Sources