EN

Azərbaycanın üç enerji təşəbbüsü öhdəliklərin uğurla yerinə yetirilməsini dəstəkləmək üçün konkret həllər təklif edir - Nazir

Bakı. Trend:

Azərbaycanın 5 əsas komponentdən ibarət olan 3 enerji təşəbbüsüCOP28 öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyənkonkret həllər təklif edir.

Trend xəbər verir ki, bunuAzərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsindəenerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Bu təşəbbüslər bərpa olunan enerji güclərinin üç dəfəartırılmasını və enerji səmərəliliyinin iki dəfə artırılmasınınəzərdə tutur. Təşəbbüslərdən biri "Yaşıl Enerji Təşəbbüsü"dür(Green Energy Pledge), yaşıl enerji dəhlizləri və zonalarınınyaradılmasını təşviq edir. Yaşıl enerji dəhlizləri bərpa olunanenerjinin genişmiqyaslı ötürülməsi üçün effektiv həll yoludur vəəsas istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək enerjipotensiallı resurslardan istifadə etməyə imkan verir.

Yaşıl enerji dəhlizlərinin inkişafı üçün əsas prioritetlərəregional əməkdaşlığın təşviqi, uyğun normativ-hüquqi çərçivələrinyaradılması, davamlı maliyyə mexanizmlərinin təmin edilməsi və HVDCkabel istehsalının genişləndirilməsi daxildir", - deyə obildirib.

Nazirin sözlərinə görə, ikinci təşəbbüs "Yaşıl Saxlama vəŞəbəkələr üzrə Qlobal Öhdəlik"dir (Global Pledge on Green EnergyStorage and Grids) və 2030-cu ilədək enerji saxlanmasısistemlərinin quraşdırılmış güclərinin altı dəfə artırılaraq 1500giqavatt həcmə çatdırılmasını hədəfləyir.

"Bu kollektiv məqsədə enerji saxlanması sistemlərinəsərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqi kimielementlər də daxildir. Təşəbbüsün digər komponenti enerjişəbəkələri və ötürmə sistemlərinə investisiyaların artırılmasına,mövcud infrastrukturun modernləşdirilməsinə və genişləndirilməsinəyönəlib.

Bu təşəbbüs çərçivəsində 2030-cu ilədək dünya üzrə 25 milyonkilometr, 2040-cı ilədək isə əlavə 65 milyon kilometr şəbəkə əlavəetmək və ya modernləşdirmək məqsəd qoyulub. Bu təşəbbüs dəyişənbərpa olunan enerjini dəstəkləmək, yaşıl enerjinin böyük həcmlərinişəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasındasabit balansı təmin etmək üçün mövcud şəbəkə infrastrukturununməhdudiyyətlərini aradan qaldırmaq baxımından strateji əhəmiyyətdaşıyır", - P.Şahbazov əlavə edib.

Nazir qeyd edib ki, üçüncü təşəbbüs "COP29 üzrə HidrogenDeklarasiyası" (COP29 Hydrogen Declaration) adlanır.

"Hidrogen sıfır emissiyalı gələcəyə doğru güclü enerjimənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarınıdaha ekoloji və dayanıqlı edəcək, bərpa olunan enerjininpotensialını tam şəkildə reallaşdırmağa imkan yaradacaq. Hidrogenüzrə deklarasiya hidrogen sektorundakı ambisiyaları və onun enerjikeçidindəki rolunu dəstəkləyən birgə öhdəlikləri, eləcə də,hidrogen standartlarının və sertifikasiyasının təşviqinə yönəlmiştədbirləri əhatə edir", - deyə P.Şahbazov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
1
az.trend.az

2Sources