EN

Dünyanın ən yaşlı şahzadəsi 101 yaşında vəfat edib

Yaponiyada İmperator ailəsinin ən yaşlı üzvü, imperator Naruhitonun böyük bibisi şahzadə Yuriko 101 yaşında vəfat edib.

Şahzadə Yuriko 18 yaşında ikən 1926-1947-ci illərdə hökmranlıq edən İmperator Hirohitonun qardaşı Şahzadə Mikasa ilə evlənib. Şahzadə Mikasa 2016-cı ildə 100 yaşında vəfat edib.

Şahzadə Yuriko son vaxtlar keçirdiyi xəstəliklərdən müalicə olunurdu.

Saray rəsmilərinin bu gün verdiyi açıqlamada şahzadə Yurikonun 101 yaşında öldüyü, lakin ölüm səbəbinin hələ müəyyən edilmədiyi bildirilib...

Oxuməni.az

Chosen
15
oxumeni.az

1Sources