EN

Ceyhun Bayramov CARİCOM-un baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Karib Hövzəsi Ölkələri Birliyinin (CARİCOM) baş katibi Karla Barnet ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında paylaşım edib.

CARICOM-un baş katibi ilə gələcək əməkdaşlığın və fəaliyyətlərin perspektivlərini, eləcə də Kiçik Ada dövlətlərin iqlim fəaliyyətinə dair səylərinin dəstəklənməsi ilə bağlı Azərbaycanın COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri müzakirə edilib. Dialoqun daha da intensivləşdirilməsi üçün bu cür qarşılıqlı əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Chosen
23
operativmedia.az

1Sources