EN

"Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq" - COP29-un prezidenti

"Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək".

 

Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

 

Onun sözlərinə görə, COP28-də hüquq-mühafizə orqanlarının rolu yüksək qiymətləndirilib:

 

"Biz COP29-da da bunu davam etdirməyə çalışırıq. Missiyamız aydındır: ekoloji cinayətlər, heyvan və dəniz canlılarının iqlim dəyişikliyinin təsirinə məruz qalması, ekosistemlə bağlı tədbirlər görmək və s. Hüquq-mühafizə orqanları olmasa, təbii irsimizi qorumaq çətin olacaq".

 

Firuzə Əliyeva

Chosen
9
5
sfera.az

9Sources