EN

Cavid Hüseynov "Səbail"də islahatlara start verdi

"Səbail"in yeni baş məşqçisi Cavid Hüseynov düşərgədə islahatlara start verib.

O, klubun ən stajlı şəxslərindən sayılan Saleh Məmmədovu məşqçilər heyətində görmək istəməyib.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"dan ayrılaraq Bayıl klubu ilə 2 illik müqavilə imzalayan gənc çalışdırıcı Saleh Məmmədovu buradan uzaqlaşdıraraq yerinə yeni məşqçi gətirib - onun kimliyi tezliklə açıqlanacaq.

Qeyd edək ki, Saleh Məmmədov "Səbail" yarandığı vaxtdan, yəni 2016-cı ilin yayından bəri "dənizçilər"ə xidmət edib.

"Cebheinfo.az"

Chosen
18
1
cebheinfo.az

2Sources