ABŞ media nəhəngi “Comcast” şirkəti MSNBC televiziya kanalını satmaq variantlarını nəzərdən keçirir.
Gundem.az xəbər verir ki, bu barədə BRİEF Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, MSNBC ABŞ-da ikinci ən populyar kabel xəbər kanalıdır.
“Kanalın auditoriyası 2023-cü ilin sonunda gündəlik 792 min tamaşaçı təşkil edib. Bu, 502 min izləyicisi olan CNN-dən çox, 1,2 milyon izləyicisi olan “Foks Nyus”dan azdır”.
Məlumata görə, amerikalı milyarder İlon Mask kanalı almaq niyyətindədir.
Məsələ ilə bağlı milyarder açıqlama verməyib.