EN

Bu xanım nazir bananafobiyadan əziyyət çəkir: Xüsusi tədbirlər görülür ki...

İsveçin bərabərlik və iş həyatı üzrə naziri Paulina Brandberq bananafobiyadan əziyyət çəkir.

Publika.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazır.

Bir neçə il əvvəl Brandberq “X”-də bu vəziyyəti qeyd etmişdi. Onun fobiyası o qədər güclüdür ki, danışıqlara gedəndə xüsusi tədbirlər görülür. Məsələn, parlamentin spikeri Andreas Norlenlə görüşdən əvvəl elektron poçtla “otaqda banan izi olmamalıdır” mesajı göndərilmişdi.

Bununla belə, bananafobiya hökumətin işinə təsir etməyib, Baş nazir Ulf Kristersson TT-yə müsahibəsində “Fərqli fobiyaları olan insanlara böyük hörmətim var" deyib.

Chosen
20
2
publika.az

3Sources