“Barselona”nın və İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Andres İnyesta Danimarkanın futbol klublarından birini satın alıb.
Arena.az bu barədə “Sport TV2” telekanalına istinadən məlumat verir.
Andres İnyesta özünün “Never Say Never” (NSN) şirkəti ilə birlikdə Danimarkanın “Helsinqör” futbol klubuna sahib olub.
“Futbol və ümumiyyətlə idman bizim xoşumuza gələn xüsusdur. Onların bəyan etdikləri xüsus, çox müsbətdir. Əminəm ki, kluba qoşula bilərəm və müxtəlif mühitlərdə əldə etdiyimiz bütün təcrübəmizi gətirməyə və klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışa bilərəm”, deyə Andres İnyesta həvəslə bildirib.
“Helsinqör” 2005-ci ildə təsis edilib. Klub Danimarkanın 2-ci Divizinonda çıxşı edir. Komanda ev oyunlarını 4500 nəfərlik azarkeş tutumuna malik “Helsinqör” stadionunda keçirir. Hazırda komandanı ispan mütəxəssis Pep Alomar çalışdırır.
“Helsinqör”ün ən böyük uğurları Danimarka Bölgə Divizionu çempionluğu (2009/2010), Danimarka 2-ci Divizionu çempionluğu (2014/2015) və həmin yarışın gümüş medalı (2010/2011, 2012/2013) və Danimarka 1-ci Divizionunda (2016/2017) bürünc medaldır.