Böyük Britaniyada fəaliyyət göstərən "The Guardian" qəzeti noyabrın 13-dən etibarən X hesabından xəbər paylaşımını dayandırıb.
Redaktor.az xəbər verir ki, Qəzet X-dən ayrılma səbəbi kimi ərizədə irqçilik və sui-qəsd nəzəriyyəsi kimi "narahatedici məzmunu" göstərib.
The Guardian-ın son yazısı dərc olunanda qəzetin 10,7 milyon X izləyicisi var idi.
Qəzet rəhbərliyi qərarla bağlı verdiyi açıqlamada tətbiqdən istifadə etməyin zərərinin faydasından çox olduğunu müdafiə edib.
Tətbiqin sahibi Elon Musk bu qərarla bağlı etdiyi paylaşımda "Onların heç bir əhəmiyyəti yoxdur" şərhini yazıb.
Türkan İSGƏNDƏRLİ