EN

“SOCAR dayanıqlı gələcək üçün kurs müəyyən edib” - RÖVŞƏN NƏCƏF

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qlobal iqlim məqsədlərinə əhəmiyyətli töhfə vermək üçün diqqət mərkəzində saxlanılan səylər vasitəsilə daha “yaşıl gələcəyə” və xalis sıfır emissiyaya aparan davamlı yola sadiqliyini bir daha təsdiqləyib. SİA xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

"Ötən il COP28-də biz SOCAR-ı 2050-ci ilə qədər sıfır karbon izli beynəlxalq enerji şirkətinə çevirmək üçün strateji baxışımızı təqdim etdik. Bundan əlavə, biz tərəfdaşlarımızla birlikdə dekarbonizasiya üzrə iddialı hədəflərə sadiqliyimizi gücləndirərək “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) həmtəsisçisi olduq", - o qeyd edib.

R.Nəcəfin sözlərinə görə, 1 il sonra şirkət bu baxışa sadiq qaldığını, məqsədlərə doğru əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib: "Aşağı karbonlu təşəbbüslərimizi sürətləndirmək üçün “SOCAR Green” MMC-nin yaradılması yolumuzda mühüm addım olub. Bu şirkət artıq bərpa olunan enerji layihələrinin inkişafı, karbonun tutulması və saxlanması texnologiyalarının tədqiqi və tətbiqi, enerji səmərəliliyinin və enerji saxlama həllərinin artırılması, həmçinin “yaşıl hidrogen” sahəsində təşəbbüslərin həyata keçirilməsi üzərində cəmləşir".

“SOCAR Green” Azərbaycanın enerji portfelinin şaxələndirilməsi və “təmiz enerji” istəklərinin dəstəklənməsi üçün transformasiya səylərini idarə edəcək ki, bu da xüsusilə qlobal dekarbonizasiya məsələsinin həllində doğrudur. Məqsədə nail olunacaq. Nəyə görə? Çünki biz hökumətin dəstəyi, tərəfdaşların dəstəyi var və heç bir şirkət səhmdarlarının, tərəfdaşlarının, maraqlı tərəflərinin dəstəyi olmadan bu məqsədlərə nail ola bilməz. Başa düşürük ki, asan iş yoxdur. Bu məqsədlərə çatmaq üçün bəzən biz kursumuzu dəyişməli, nəyi səhv etdiyimizi düşünməli, uyğunlaşmalı və irəli getməli olacağıq”, - o bildirib.

SOCAR-ın prezidenti əlavə edib ki, bəzi şirkətlər dekarbonizasiyanın xərcindən qorxurlar: “Bu, mövcud texnologiyalar və qiymətlər baxımından əlçatmaz görünə bilər, amma biz elmə, innovasiyaya inanırıq. Təkcə SOCAR daxilində deyil, həm də tərəfdaşlarımız arasında innovasiyalara inanırıq. Müsbət haldır ki, 2050-ci ilə qədər sıfır emissiyaya nail olmağı öhdəsinə götürmüş bütün şirkətlər öz bilik və texnologiyalarını bölüşürlər".

Chosen
4
5
sia.az

6Sources