Gürcüstan-Türkiyə sərhədinə yaxın ərazidə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, Türkiyə ərazisində, Gürcüstan sərhədindən 61 km uzaqlıqda, Qara dənizdə 7 km dərinlikdə 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 13:02-də (Tiflis vaxtı ilə) baş verib.
Zəlzələ Gürcüstan sakinləri tərəfindən də hiss edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Musavat.com