EN

İlon Mask ilə Əmir Səid İrəvani arasında görüş olub

Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə birlikdə Vaşinqtonla Tehran arasındakı gərginliyin azaldılması məsələsini müzakirə ediblər.

Bu barədə "The New York Times" nəşri adını çəkmədiyi iranlı məmurlara istinadla məlumat verib.

Qəzetin yazdığına görə, Mask ilə İrəvani bazar ertəsi günü Nyu-Yorkda görüşüblər və İran ilə ABŞ arasındakı gərginliyi azaltmaq məsələsini müzakirə ediblər. Maskın təşəbbüskarı olduğu məxfi görüşün 1 saatdan artıq davam etdiyi, görüşün məkanını İrəvaninin seçdiyi bildirilir.

Qəzetə məlumat verən mənbələr görüşü "müsbət və yaxşı xəbər kimi"  qiymətləndiriblər.

Bəlli olduğu kimi, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İlona Maska öz hökumətində yeni vəzifə verib.

Hürr Tərcüman

 

Chosen
20
hurriyyet.az

1Sources