EN

Banklardakı uzunmüddətli kreditlərin payı 4,6 milyard manat artıb

2024-cü il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 27 milyard 649,4 milyon manat təşkil edib. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur. 

Ümumi kredit portfelinin 23 milyard 303,5 milyon manatı və ya 84,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Bu da, illik müqayisədə 24,6 % və ya 4 milyard 600 milyon manat çoxdur. 

Qısamüddətli kreditlərin payı isə 4 milyard 345,9 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 15,1 % və ya 572 milyon manat çoxdur. 

Kreditlərin 94,3 faizi banklar, 5,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 11,5 % azalaraq 473,1 milyon manat olub və bu, ümumi kredit portfelinin 1,7 %-ini təşkil edib. 

Əvəz Həsənov

Chosen
24
26
valyuta.az

10Sources