EN

Yaşıl Zonada İnsan Haqları Çərçivələrindən istifadə mövzusunda yan tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Bu gün COP29 Yaşıl Zonada yerləşən Azərbaycan Milli QHTForumunun (AMQF) pavilyonunda “Afrikada Qlobal UyğunlaşmaMəqsədinin inklyuzivliyini və onun həyata keçirilməsini təşviqetmək üçün İnsan Haqları Çərçivələrindən istifadə” mövzusunda yantədbir keçirilib.

Trend xəbərverir ki, tədbir AMQF və PACJA (Pan-Afrika İqlim Ədaləti Alyansı)tərəfindən təşkil edilib.

Tədbirdə 47 Afrika Milli İnsan Hüquqları İnstitutunu (MİHİ)birləşdirən regional Afrika Milli İnsan Hüquqları İnstitutlarıŞəbəkəsinin (NANHRI) sədri, Azərbaycan Respublikası İnsan Hüquqlarıüzrə Müvəkkil (Ombudsman) xanım Səbinə Əliyeva, Qətər Milli İnsanHüquqları İnsititutunun sədri, və PACJA İcraçı direktoru açılışnitqi ilə çıxış ediblər.

NANHRI, Paris Prinsiplərinə uyğun olaraq, qitədə insanhüquqlarının təşviqi və müdafiəsi üçün MİHİ-lərin yaradılmasını vəonların gücləndirilməsini dəstəkləyir.

Tədbirin məqsədi Adaptasiya üzrə inklüziv Qlobal Məqsəd və onunAfrikada tətbiqi üçün İnsan Hüquqları Çərçivəsindən necə istifadəolunacağına dair müzakirə platforması təmin etmək, iqlim ədalətmühakiməsi iştirakçıları və digər maraqlı tərəflər arasındakoordinasiyanın gücləndirilməsi yollarını müzakirə etməkdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Yaşıl
Yaşıl
Chosen
22
az.trend.az

1Sources