EN

Azərbaycanın enerji dəhlizləri ölkənin qlobal dayanıqlı inkişaf sahəsində lider mövqeyini gücləndirir - Pərviz Şahbazov

Bakı. Trend:

Azərbaycanın enerji dəhlizləri ölkənin qlobal dayanıqlı inkişafsahəsində lider mövqeyini gücləndirir.

Trend xəbər verir ki, bunuAzərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsindəenerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Azərbaycan hazırda Xəzər-Qara dəniz-Avropa, MərkəziAsiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyatakeçirir. Bu dəhlizlər Azərbaycanın təkcə enerji ixracını artırmaqdeyil, həm də qlobal dayanıqlı inkişaf sahəsində lider mövqeyinimöhkəmləndirmək öhdəliyini əks etdirir.

"Yaşıl" enerji zonaları sıfır emissiyaya nail olmaq yolundastrateji alətdir. Bərpa olunan enerji resursları ilə zəngin olanbölgələrdə yaradılan və yalnız təmiz enerjidən istifadə etməyəyönəlik bu cür zonalar investisiyaların cəlb olunmasına, davamlıiqtisadi artımın təmin edilməsinə və yeni iş yerlərininyaradılmasına əhəmiyyətli töhfə verir", - deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
9
az.trend.az

1Sources