EN

Keçəlliyin qarşısını alan üç qida AÇIQLANDI

Kardioloq German Qandelman, immunoloq Andrey Prodeus və oftalmoloq Mixail Konovalov kişilər üçün keçəlliyə qarşı üç super qidanın adını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislər quru yosunların spirulina, qaz ciyəri və bitki yağının saç tökülməsinə qarşı mübarizədə kömək etdiyini bildiriblər.

Qandelman 100 qram qurudulmuş spirulina yosununun gündəlik 3,5 qram maqnezium miqdarını ehtiva etdiyini söyləyib.

Onun sözlərinə görə, tez-tez saç tökülməsinə səbəb maqnezium çatışmazlığıdır:

"Maqnezium saçın böyüməsində iştirak edir, buna görə də onun kifayət qədər miqdarı saçın tam bərpasını təmin edir".

Prodeus isə qazın qaraciyərinin dəmirlə zəngin olduğunu qeyd edib:

“Biz həmişə saçı gec uzanan və ya tökülən insanlara dəmir səviyyələrini yoxlamağı tövsiyə edirik. Dəmirsiz saç follikulu üçün normal qidalanma və böyümə ehtimalı yoxdur”.

Konovalovun sözlərinə görə, rasionda günəbaxan yağının olması, tərkibindəki E vitamini sayəsində keçəlləşmə riskini azaldır:

“Vitamin E saçın böyüdüyü follikulun qan tədarükünü yaxşılaşdırır”.

Chosen
1
6
turkustan.az

7Sources