EN

Ən yaşlı Yaponiya şahzadəsi öldü

Yaponiya şahzadəsi, imperator ailəsinin ən yaşlı üzvü olan Yuriko Mikasa 101 yaşında vəfat edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, xəbəri saray rəsmiləri yayıb. Müharibə dövrü İmperatoru Hirohitonun qardaşının həyat yoldaşı və imperator ailəsinin ən yaşlı üzvü olan Yapon şahzadəsi Yurikonun 101 yaşında öldüyü bildirilib.

Məlumata görə, Yuriko cümə günü Tokio xəstəxanasında vəfat edib. Ölüm səbəbini açıqlamasa da, Yaponiya mediası onun pnevmoniyadan öldüyünü bildirib.

Qeyd edək ki, şahzadənin əri, Şahzadə Mikasa 2016-cı ildə ölüb. Onlar 75 il evli olublar.

Yuriko Mikasanın ölümü o vaxtdan bəri, yəni səkkiz il ərzində imperator ailəsində ilk ölüm halı olub. Onun ölümündən sonra Yaponiya imperator ailəsinin üzvlərinin sayı 16-ya düşüb./milliaz

Chosen
9
1
konkret.az

2Sources