Onun sözlərinə görə, sonuncu belə forum Qərbi Afrikada keçirilib və yaxşı nəticələr əldə edilib: "Ümid edirik ki, Bakıda eyni və yaxud daha yaxşı nəticə əldə edə bilərik. COP29-dan sonra Azərbaycanın regionda lider mövqeyinin tanınması vacibdir. Bu, regiona daha çox bərpa olunan enerji gətirmək üçün böyük fürsət yaradacaq. Biz ölkələrlə onların enerji planlaşdırması üzərində işləyəcəyik və sonra bu planları həyata keçirməyə, transformasiya etməyə və layihələr üçün maliyyələşməni asanlaşdırmağa çalışacağıq"