EN

2030-cu ilə qədər Özbəkistan ildə 55 milyard kVt/saat təmiz elektrik enerjisi istehsal etməyi planlaşdırır

Bakı. Trend:

2030-cu ilə qədər Özbəkistan ildə 55 milyard kilovat-saat təmizelektrik enerjisi istehsal etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunuÖzbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Özbəkistan üçün yaşıl iqtisadiyyata keçid hədəflərini müəyyənetdik. Bu strategiyanın əsas məqsədləri bərpa olunan enerjimənbələrindən istifadənin genişləndirilməsi, iqtisadiyyatınmüxtəlif sektorlarında enerji səmərəliliyinin iki dəfə artırılmasıvə mövcud istilik elektrik stansiyalarının modernləşdirilməsihesabına təbii qaz istehlakının azaldılmasıdır.

2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin, xüsusiləgünəş enerjisinin ümumi quraşdırılmış gücü 9 000 meqavattı ötəcək.Külək enerjisinə gəldikdə isə, biz artıq 12 000 meqavatdan çox gücüçün müqavilələr imzalamışıq", - deyə Ümid Mamadaminovbildirib.

Onun sözlərinə görə, Özbəkistan 4 000 meqavatdan çox enerjisaxlama sistemləri üçün müqavilələr imzalayıb ki, bu da enerjişəbəkəsinin sabitliyini artırır.

"2030-cu ilə qədər biz ildə 55 milyard kilovat-saat təmizelektrik enerjisi istehsal etməyi planlaşdırırıq ki, bu da 17milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Dəyişkənenerji mənbələrinin inteqrasiyası üçün enerji ötürülməsi vəpaylanması üzrə əlçatan gücləri təmin etməli, eləcə də qabaqcılavtomatlaşdırılmış sistemləri tətbiq etməliyik.

2030-cu ilə qədər təxminən 10 000 kilometr elektrik ötürücüxəttini istismara verməyi planlaşdırırıq. Qonşu ölkələrlə əlaqələrbizə bərpa olunan enerji mənbələrindən istehsal olunan artıqelektrik enerjisini satmağa imkan verəcək", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
19
az.trend.az

1Sources