EN

Nazir müavini: Azərbaycan 2031-2037-ci illərdə yaşıl enerjidən 21 qiqavat enerji əldə etməyi planlaşdırır

Nazir

2031-2037-ci illər arasında Azərbaycan bərpa olunan enerji, hidrogen, dekarbonizasiya və digər sahələrdə layihələr də daxil olmaqla əlavə 21 giqavat enerji əldə etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov COP29 enerji təşəbbüsləri üzrə nazirlərin görüşündə deyib.

“Aydındır ki, milli şəbəkə belə həcmləri tam udmaq iqtidarında olmayacaq, ona görə də etibarlı regional əlaqələr şəbəkəsini inkişaf etdirmək lazımdır. Ümid edirik ki, gələcəkdə Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə dəhlizləri bir-birinə bağlanacaq” - nazir müavini əlavə edib.

Chosen
14
2
xalqcebhesi.az

3Sources