EN

COP for Hope: Ümid edirik ki, gələn il mərkəzləşmiş karbon ticarəti fəaliyyətə başlayacaq - Elnur Soltanov

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Azərbaycan Respublikasıenergetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçıdirektoru Elnur Soltanovdur.

O, Trend-ə açıqlamasında bildirib ki, yaratdıqları bu momentumdan2025-ci ildə 6-cı maddənin artıq funksional olacağına vəmərkəzləşmiş karbon ticarətinin başlayacağına ümid edirlər.

Elnur Soltanov qeyd edib ki, COP29 çərçivəsində əldə edilən ənböyük uğur Paris Sazişinin 6-cı maddəsinin 4-cü bəndi ilə bağlı çoxciddi bir irəliləyişin əldə edilməsidir:

"Bu, məsələnin nə başlanğıcı, nə də sonu idi. Amma çox ciddi birnəticədir. Proses Şarm Əl-Şeyxdə başlasa da, ciddi nəticə əldəedilə bilmədi. Eyni zamanda Dubayda da nəticənin əldə olunmasınaçox yaxınlaşılsa da, bu baş tutmadı. Amma bu nəticə Bakıda əldəedildi.

Paris Sazişinin 6-cı maddəsinin digər bəndləri üzrə də işlərgedir. Biz əminik və ümid edirik ki, yaratdığımız bu momentumdan2025-ci ildə 6-cı maddə artıq funksional olacaq və mərkəzləşmişkarbon ticarəti başlayacaq. Deyərdim ki, COP29 çərçivəsində əldəedilən ən böyük uğur budur".

"Danışıqlar prosesi ilə bağlı biz tərəflərə hörmət etmək vətərəfsiz qalmaq məqsədilə çox açıqlama verə bilmərik. Amma deyəbilərəm ki, mandat üzrə bütün sahələrdə irəliləmələr, çox gərgindanışmalar davam edir. Sammitin xoş təzyiqi hiss olundu. Otəzyiqdən sonra danışıqlarda bir az sürətlənmə var. Biz əminik ki,gələn həftə nazirlərin gəlişi ilə həmin o dövlət başçılarınaverilən tapşırıqlar bu dəfə nazirlər səviyyəsində danışıqlaraötürüləcək və nəticə etibarilə qarşımızda duran məqsədlərəçatacağıq",- deyə E. Soltanov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
az.trend.az

1Sources