EN

“Total Energies” ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib

COP29 çərçivəsində Azərbaycan və “Total Energies” şirkəti arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edilib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, nazir Mikayıl Cabbarov və “Total Energies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane arasında işgüzar nahar təşkil edilib.

Görüşdə qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə ilə bağlı fikir mübadiləsi aparılıb. “Total Energies” şirkətinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrinin icrası müzakirə edilib.

Şirkətin Xəzər regionunda bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə olunub. Ölkəmizdə “yaşıl enerji”nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Chosen
11
3
ikisahil.az

4Sources