EN

Fatih Terim Bakıda jurnalistlərin suallarını cavablandıracaq

“Qarabağ” klubunun dəvəti ilə Azərbaycana gələcək Fatih Terim KİV nümayəndələri ilə görüşəcək.

Futbolpress.az xəbər verir ki, “atlılar”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının dəstəkləmək üçün ölkəmizə təşrif buyuran mütəxəssisin jurnalistlər üçün brifinqi sabah təşkil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbirdən sonra keçiriləcək görüş Yaşıl zonada baş tutacaq. Terimin jurnalistlərlə görüşü saat 17:00-da başlayacaq. Brifinq bütün mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Chosen
1
18
futbolpress.az

10Sources