EN

Müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının pozulması əleyhinə aksiya keçirib

COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirilib.

Mavi Zonada təşkil edilən etirazda iştirak edən yerli xalqların nümayəndələrindən biri Uzodinma Adirieje Bizim.Media-ya açıqlamasında müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən hüquqlarının pozulmasından danışıb:

"Bəzi yerli xalqlar öz təbii mühitlərindən didərgin salınıb və onlar əlçatan, sərfəli, davamlı alternativlərlə təmin edilməyib. Bütün fəaliyyət sahələrində yerli xalqların qayğısına qalmaq vacibdir".

O bildirib ki, yerli xalqlarla bağlı qəbul edilmiş bütün qərarlar icra olunmalıdır:

"Birləşmiş Millətlər Təşkilatının (BMT) yerli xalqlarla bağlı rəsmi siyasətinin hər bir ölkə tərəfindən qəbul olunması, tətbiq edilməsi və yerinə yetirilməsi məcburi olmalıdır. Yerli xalqlar təbiətə çox yaxın yaşayan və təbii mühitimizi qorumaqda əsas rol oynayan insanlar olsalar da, onların ətraf mühitlərinə, mədəniyyətlərinə, sivilizasiyalarına və rifahlarına qarşı davamlı müdaxilələr nəticəsində təhlükə altına düşüblər.
 

Əsrlər boyu insanlara ətraf mühitlərini qorumaqda kömək edən bəzi yerli mədəniyyətlər məhv edilib. Bu proses davam etdiyi müddətcə, dünyanın təbii tarazlığını və insanlığın ən qədim biliklərini qorumaq çətinləşəcək".


Xatırladaq ki, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.

Günay Şahmar, Bizim.Media

Chosen
8
bizim.media

1Sources